Bakı Fond Birjasının 8 aylıq ticarət dövriyyəsi 28,4 milyard manatı keçib

15:46 - 7.09.2026


7 sentyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar–avqust aylarında Bakı Fond Birjasında (BFB) ümumi əqdlərin həcmi 28 429 052 174 manat təşkil edib. Hesabat dövrü ərzində birjada 45 252 əqd bağlamışdır.

Əsas göstəricilər:

* REPO əməliyyatları: Bazarda ən böyük paya sahib olaraq 24,35 milyard manat (3 937 əqd) təşkil edib.

* ARMB Notları: Mərkəzi Bankın notları üzrə dövriyyə 2,21 milyard manat (300 əqd) olub.

* İpoteka istiqrazları: 608,33 milyon manat (29 əqd) həcmində əqd bağlanıb.

* Korporativ qiymətli kağızlar: Ümumi dövriyyəsi 523,18 milyon manat olub (40 835 əqd).

* Dövlət qiymətli kağızları: Dövriyyə 730,54 milyon manat təşkil edib (151 əqd).

İlkin bazar üzrə ticarət həcmi 2,95 milyard manat, təkrar bazar üzrə isə 1,12 milyard manat olub. Birja üzrə orta günlük ticarət həcmi 182,23 milyon manat təşkil edib.