14:26 - 4.09.2026
4 Sentyabr, Fineko/abc.az. Niderlandın ən böyük bank qrupu olan "ING" Azərbaycan iqtisadiyyatının ÜDM artım tempinə dair gözləntilərini təzələyib.
Bankın yenilənmiş hesabatına əsasən, ölkə iqtisadiyyatının 2026-cı ildə 1,9%, 2027-ci ildə 3%, 2028-ci ildə isə 2,3% artacağı proqnozlaşdırılır.
Əvvəlki qiymətləndirmə ilə müqayisədə ING cari il üzrə gözləntisini 0,1 faiz bəndi azaldıb, növbəti iki il üçün proqnozları isə dəyişməz saxlayıb. Bununla da 2026-2028-ci illərdə orta illik ÜDM artımı 2,4% səviyyəsində qiymətləndirilir. Bankın hesablamalarına görə, 2026-cı ilin III rübündə iqtisadi artım 3%, IV rübdə isə 3,3% təşkil edəcək.
Məlumat üçün bildirək ki, İqtisadiyyat Nazirliyi bu il üçün 1,7%-lik, Azərbaycan Mərkəzi Bankı isə 0,5%-lik ÜDM artımı gözləyir. © Report
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026