Belarusda Rusiya ilə paralel olaraq Ermənistan konyaklarının satışı qadağan edilib

12:27 - 4.09.2026


4 Sentyabr, Fineko/abc.az. Belarus Dövlət Standartlaşdırma Komitəsi (Dövlət Standartı) Avrasiya İqtisadi İttifaqının texniki reqlamentlərinin tələblərinə cavab vermədiyi üçün Ermənistanda istehsal olunan 8 illik "Yerevan 2800" konyakının ölkə ərazisində satışını və idxalını qadağan edib.

Aprel dövründə aparılan laboratoriya sınaqları zamanı Ermənistanın "MAP" QSC tərəfindən istehsal edilən bu içkinin tərkibində aşı maddələrinin (tanninlərin) həcminin normadan aşağı olduğu və məhsulun təhlükəli mallar reyestrinə daxil edildiyi bildirilir.

Bundan əvvəl Belarusda "Şahnazaryan" brendinə aid 6 illik Ermənistan konyakının da satışı məhdudlaşdırılmışdı. Analoji olaraq, may ayında Rusiya bazarında da "Vedi-Alko", "Abovyan Konyak Zavodu" və "Şahnazaryan" şirkətlərinin məhsullarının satışı dayandırılmışdı.