22:14 - 3.09.2026
3 Sentyabr, Fineko/abc.az. Almaniyanın "Volkswagen" (VW) avtomobil konserni ticarət gərginlikləri və regionlar üzrə dəyişən istehlakçı tələbatına uyğunlaşmaq məqsədilə Şimali Amerika bazarı üçün yeni SUV (yolsuzluq avtomobili) və pikap modellərinin istehsalını nəzərdən keçirdiyini bəyan edib.
Çin rəqibləri ilə mübarizə aparmaq üçün qlobal miqyasda yenidənqurma həyata keçirən şirkət, hazırda təxminən 3% paya sahib olduğu ABŞ pərakəndə bazarında mövqelərini möhkəmləndirməyi hədəfləyir.
Tələbatın elektrik avtomobillərindən hibridlərə yönəldiyini nəzərə alan konsern, ABŞ-də hibrid modellərin çeşidini də genişləndirəcək. Şimali Amerika strategiyasına rəhbərlik isə şirkətdə 25 illik təcrübəyə malik Marko Şubertə tapşırılıb.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026