17:00 - 2.09.2026
2 sentyabr, Fineko/abc.az. Azərbaycanda müntəzəm sərnişindaşımada məsafə əsaslı subsidiya mexanizmini nəzərdə tutan yeni “brutto müqavilə” modelinin tətbiqinə başlanılıb.
AYNA-nın tətbiq etdiyi yeni modelə əsasən, daşıyıcılara ödənişlər sərnişin sayına görə deyil, qət edilən məsafəyə və xidmət keyfiyyətinə əsasən ediləcək. Bu da xüsusilə axşam saatlarında və azrentabelli marşrutlarda avtobusların qrafik üzrə işləməsini təmin edəcək.
Əsas məqamlar: İlk qoşulan marşrutlar: 130, 205, 211, 500 və 503 nömrəli xətlər (digərləri mərhələli şəkildə qoşulacaq).
Nəzarət mexanizmi: Keyfiyyət göstəriciləri xüsusi proqramla ölçüləcək, pozuntulara görə maliyyə sanksiyaları tətbiq olunacaq.
Məqsəd: Avtobus parkının yenilənməsi, ekoloji təmiz nəqliyyatın artırılması və sərnişindaşımada etibarlılığın təmin edilməsidir.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026