15:34 - 3.09.2026
3 Sentyabr, Fineko/abc.az. ABŞ-də dizel yanacağının pərakəndə satış qiyməti yenidən kəskin bahalaşaraq rekorda yaxın səviyyəyə çatmışdır.
Amerikan Avtomobil Assosiasiyasının (AAA) məlumatına görə, ölkə üzrə dizelin orta qiyməti bir qallon üçün 5.69 dollara (litri təxminən 1.50 dollar) yüksəlmişdir. Bu, aprel ayından bəri ən yüksək göstəricidir. Qeyd olunur ki, ölkə üzrə tarixi rekord göstərici 2022-ci ilin iyununda 5.82 dollar təşkil etmişdir.
Qiymət artımının əsas səbəbləri kimi Yaxın Şərq və Rusiyadakı neft emalı zavodlarına hücumlar nəticəsində qlobal təklifin azalması və ABŞ-də dizel ehtiyatlarının mövsümi minimuma enməsi göstərilir. Tələbatın payızda kənd təsərrüfatında məhsul yığımı və istilik mövsümünün başlanması ilə daha da artacağı gözlənilir.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026