15:14 - 2.09.2026
2 Sentyabr, Fineko/abc.az. ABŞ-nin "Chevron" energetika nəhəngi Venesueladakı birgə müəssisələrinin şərtlərinin yenilənməsi barədə yerli tərəflərlə razılıq əldə edildiyini və yaxın 5 il ərzində ölkə iqtisadiyyatına 7 milyard dollardan çox investisiya yatırmağı planlaşdırdığını bəyan edib.
Şirkətin yaydığı məlumata əsasən, həyata keçiriləcək genişmiqyaslı sərmayə proqramının əsas məqsədi Venesuelada gündəlik neft hasilatını təxminən 600 min barelə çatdırmaqdır.
Bu addım ABŞ tərəfindən sanksiya rejiminin yumşaldılması fonunda "Chevron"un Cənubi Amerika ölkəsindəki mövqelərini möhkəmləndirmək və qlobal enerji bazarında hasilat həcmlərini bərpa etmək strategiyasının tərkib hissəsidir.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026