09:25 - 3.09.2026
3 sentyabr, Fineko/abc.az. Cümə axşamı keçirilən hərraclar zamanı dünya bazarında etalon markaların qiymətləri əvvəlki günün artımını qismən itirərək enir.
Saat 09:20-yə olan məlumata görə, "ICE Futures Europe" birjasında "Brent" neftinin noyabr fyuçersi 0,63 dollar (0,66%) ucuzlaşaraq bir bareli 95,00 dollara düşüb. Sentyabrın 2-də keçirilən hərracların yekununda isə müqavilənin dəyəri 0,98 dollar (1,04%) artaraq bir bareli 95,63 dollar təşkil etmişdi.
"New York Mercantile Exchange" (NYMEX) birjasında "WTI" neftinin oktyabr fyuçersinin qiyməti saat 09:20-yə qədər 0,61 dollar (0,67%) azalaraq bir bareli 90,40 dollara enib. Bir gün əvvəl isə müqavilə 0,79 dollar (0,88%) bahalaşaraq bir bareli 91,01 dollar olmuşdu.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026