11:44 - 17.07.2026
17 iyul, Fineko/abc.az. ABŞ prezidenti Donald Trampın şirkəti “Trump Media & Technology Group” treyderlər və iri investorlar üçün onun Truth Social platformasındakı paylaşımlarına sürətli çıxış imkanı verən ödənişli Truth API xidmətini işə salacaq.
Bu barədə şirkət 17 iyul tarixli press-relizində bildirib. TMTG qeyd edib ki, yeni B2B xidmət sosial şəbəkədə ən təsirli hesabların paylaşımlarına real vaxt rejimində lisenziyalı çıxış təqdim edəcək.
Truth API-nin institusional müştərilər üçün istifadəyə verilməsi 1 avqusta planlaşdırılır. Şirkətə görə, xidmət məlumatın əldə olunmasında gecikmələri aradan qaldıracaq və Trampın paylaşımlarına dərhal çıxışın vacib olduğu şirkətlər üçün üstünlük yaradacaq.
Xatırladaq ki, Truth Social platforması TMTG tərəfindən 2022-ci ildə Trampın hesablarının Twitter (hazırda X) və Meta Platforms daxil olmaqla iri ABŞ texnologiya platformalarında bloklanmasından sonra yaradılıb.
15 İyul 2026
16 İyul 2026