10:53 - 17.07.2026
17 iyul, Fineko/abc.az. Rusiya hökumətinin "Elektron Büdcə" sistemində yenilənmiş məlumatlara əsasən, ölkənin 2026-cı il federal büdcə xərcləri planlaşdırılan 44,07 trilyon rubldan 45,11 trilyon rubla (təxminən 580 milyard dollar) qaldırılıb.
Müdafiə sanayesi və digər daxili hərbi xərclərin artması fonunda gəlir proqnozu dəyişməyərək 40,28 trilyon rubl səviyyəsində saxlanılıb ki, bu da illik büdcə kəsiri proqnozunun 3,79 trilyon rubldan 4,83 trilyon rubla (təxminən 62 milyard dollar) yüksəlməsi deməkdir.
Qeyd edək ki, artıq cari ilin yanvar-iyun (I yarımil) dövründə Rusiyanın federal büdcə kəsiri 5,73 trilyon rubla (ümumi daxili məhsulun 2,5%-nə) çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 dəfə çoxdur.
15 İyul 2026
16 İyul 2026