“Azərenerji” ASC-nin mənfəəti 26,2 faiz azalıb

10:14 - 17.07.2026


17 iyul, Fineko/abc.az. “Azərenerji” ASC 2025-ci ili 128 milyon 245 min manat mənfəətlə başa vurub. 2024-cü ildə ASC-nin mənfəəti 173 milyon 834 min manat olub ki, bu da illik müqayisədə 26.2% azalma deməkdir.

Bu barədə qurmun maliyyə hesabatında qeyd edilib. Ötən il “Azərenerji” ASC-nin cəmi gəlirləri 11% artaraq 1 milyard 468 milyon manatdan 1 milyard 629 milyon manata çatıb.

31 dekabr 2025-ci il tarixində “Azərenerji”də 1 milyard 711 milyon manat yığılmış zərər olub. 2024-cü ilin sonunda yığılmış zərər 1 milyard 820 milyon manat idi.

Hesabat dövründə “Azərenerji”nin cəmi aktivləri 5 milyard 912 milyon manatdan 6 milyard 431 milyon manata, cəmi öhdəlikləri 2 milyard 821 milyon manatdan 3 milyard 98 milyon manata, cəmi kapitalı isə 3 milyard 92 milyon manatdan 3 milyard 333 milyon manata çatıb.