15:31 - 14.07.2026
14 iyul, Fineko/abc.az. Bu iyunun 1-nə Azərbaycanda muzdla çalışan işçilərin sayı ötən il iyunun 1-i ilə müqayisədə 1,2 % çox - 1 milyon 790,6 min nəfər olub.
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, onlardan 859,9 min nəfəri (1,5 % az), dövlət sektorunda, 930,7 min nəfəri isə (3,85 % çox) qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla çalışan işçilərin 18,6 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,1 %-i təhsil, 13,8 %-i sənaye, 8,6 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 %-i tikinti, 6,1 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 %-i nəqliyyat və anbar təsərrüfatı, 4 %-i peşə, elmi və texniki fəaliyyət, 2,4 %-i maliyyə və sığorta fəaliyyəti, 2,3 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 15,1 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
14 İyul 2026
14 İyul 2026
13 İyul 2026
13 İyul 2026