15:45 - 7.07.2026
7 iyul, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında turizm məqsədilə Azərbaycana səfər etmiş 564 min 237 turistdən 16 min 800 nəfəri birgünlük ziyarətçi olub.
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Qeyd edilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 29,7 % artıb.
Birgünlük ziyarətçilərin 14 min 381 nəfəri və ya 85,6 %-i Azərbaycana tranzit məqsədilə səfər edib.
Hesabat dövründə 824 nəfər işgüzar (+ 73,8 %), 808 nəfər (+55 %) qohum və dostlarını ziyarət etmək, 664 nəfər (- 2,3 %) istirahət və əyləncə məqsədilə Azərbaycana səfər edib. Bundan başqa, 68 nəfər (+ 33 %) alış-veriş, 55 nəfər ( 2 dəfə çox) isə dini ziyarət məqsədilə ölkəyə gəlib.
15 İyul 2026
15 İyul 2026
13 İyul 2026
14 İyul 2026
14 İyul 2026
13 İyul 2026
14 İyul 2026