Azərbaycana gələn turistlər pulları əsasən bunlara xərcləyib - Siyahı

16:29 - 7.07.2026


7 iyul, Fineko/abc.az. Hesabat dövründə Azərbaycana gələn turistlər malların və hədiyyələrin alınmasına 819,3 min manat (+30,8 %), qidalanmaya 549,9 min manat (+ 23,5 %), mədəniyyət xidmətlərinə 3,6 min manat (+33,3 %), idman və əyləncə xidmətlərinə 2,1 min manat (+61,5 %), digər məqsədlərə isə 18,7 min manat (+ 33,5 %) xərcləyiblər.

Ölkələr üzrə ən böyük xərc digər ölkələrdən gələn ziyarətçilərə məxsus olub – 3 milyon 980,5 min manat (+15,2 %). Rusiya vətəndaşları Azərbaycanda 1 milyon 901,9 min manat (+41,1 %), Türkiyə vətəndaşları 865,4 min manat (+68,2 %), Gürcüstan vətəndaşları 263,6 min manat (+27,3 %), İran vətəndaşları isə 48,5 min manat (- 46 %) xərcləyiblər.

Beləliklə, birgünlük ziyarətçilərin böyük hissəsi Azərbaycandan tranzit məqsədilə istifadə edir və onların xərclərinin əsas hissəsi nəqliyyata yönəlir.

Qeyd edək ki, hesabat dövründə Azərbaycana 175 ölkədən 658,1 min və yaxud ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 11 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.