Donald Tramp: 60 günlük atəşkəs dövründə Hörmüz boğazında keçid haqqı olmayacaq

13:27 - 21.06.2026


21 iyun, Fineko/abc.az. ABŞ Prezidenti Donald Tramp rəsmi sosial şəbəkə hesabında Hörmüz boğazındakı naviqasiya və keçid haqları ilə bağlı müzakirələrə aydınlıq gətirən mühüm bəyanat yayıb.

ABC.AZ xəbər verir ki, Tramp rəsmi Vaşinqton ilə Tehran arasında əldə olunmuş 60 günlük müvəqqəti atəşkəs və danışıqlar prosesi çərçivəsində strateji su yolunda hər hansı bir rüsumun tətbiq edilməyəcəyini vurğulayıb.

"60 günlük atəşkəs müddətində Hörmüz boğazında keçid haqqı olmayacaq" — deyə ABŞ lideri qeyd edib. Bununla belə, o əlavə edib ki, əgər bu müddətin sonunda İran ilə yekun saziş imzalanmazsa, ABŞ Yaxın Şərq ölkələrinə göstərdiyi təhlükəsizlik xidmətlərinə görə çəkdiyi xərclərin kompensasiyası olaraq boğazdan keçid üçün öz tariflərini tətbiq edə bilər. Əks halda, 60 günlük müddət bitdikdən sonra da gəmilərin hərəkəti ödənişsiz olaraq qalacaq.

Qeyd edək ki, Hürmüz boğazı qlobal neft tədarükünün təxminən 20%-nin, mayeləşdirilmiş təbii qazın (LNG) isə 25%-nin daşındığı dünyanın ən mühüm enerji arteriyası hesab olunur.