ABŞ İran gəmilərinin blokadasını qeyri-müəyyən müddətə davam etdirməyə hazırdır

14:52 - 16.04.2026


16 aprel, Fineko/abc.az. 15 aprel tarixində Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Stiven Miller Fox News kanalına bildirib ki, ABŞ zərurət yaranarsa, İranla əlaqəli gəmilərin blokadasını “demək olar ki, sonsuz müddətə” davam etdirə bilər.

ABC.AZ xəbər verir ki, o, prezident Donald Trampın sülh və sabitlik istədiyini, lakin İranın nüvə silahına sahib olmasına imkan verilməyəcəyini və sərt addımların davam edəcəyini vurğulayıb.

Millerin sözlərinə görə, Hörmüz boğazının blokadası İran iqtisadiyyatına ciddi zərbə vurur və bu vəziyyət qeyri-müəyyən müddət davam edə bilər. O həmçinin regionda ABŞ hərbi mövcudluğunun artırıla biləcəyini qeyd edib.