AYNA 2 milyon 100 min manatlıq layihəni bu şirkətə verdi

17:04 - 23.02.2026


23 fevral, Fineko/abc.az. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi “AVL sistemi və AVL İT infrastruktur xidmət səviyyəsi müqaviləsi” ilə bağlı satınalma həyata keçirib.

ABC.AZ-ın məlumatına görə, agentlik bu çərçivədə NEC Telekomünikasyon ve Bilgi Teknolojileri Ltd. Şti. şirkəti ilə müqavilə bağlayıb. Müqavilənin dəyəri 2 milyon 100 min manat təşkil edir.

Qeyd edək ki, layihə nəqliyyat sistemində istifadə olunan AVL (Automatic Vehicle Location) texnologiyası və onun İT infrastrukturunun xidmət səviyyəsinin təmin edilməsini əhatə edir.