11:52 - 20.02.2026
20 fevral, Fineko/abc.az. ABŞ BMT-yə qarşı $4 mlrd-dan çox borcun təxminən $160 mln-ını ödəyib.
ABC.AZ xəbər verir ki, bu, Donal Trampın “Sülh Şurası” təşəbbüsünün ilk iclası günü baş verib. Ekspertlərin fikrincə, bu təşəbbüs BMT-nin fəaliyyətinə mənfi təsir göstərə bilər.
Tramp BMT-ni gücləndirmək üçün vəsait ayıracağını bildirib, lakin ABŞ hələ də ən iri borcludur: $2,19 mlrd müntəzəm büdcəyə, $2,4 mlrd sülhməramlı missiyalara, $43,6 mln isə BMT tribunallarına borcdur. Əvvəlki administrasiya dövründə isə Vaşinqton öhdəlikli ödənişlərdən imtina edib və könüllü maliyyələşdirməni azaldaraq BMT-nin onlarla institutundan çıxıb.
15 İyul 2026
15 İyul 2026
15 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
13 İyul 2026
14 İyul 2026
13 İyul 2026