10:39 - 30.01.2026
30 yanvar, Fineko/abc.az. Almaniya Ukraynaya olan qış yardım paketinin həcmini 15 mln avro artıraraq 85 mln avroya çatdırıb.
ABC.AZ xəbər verir ki, bu barədə Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi məlumat yayıb. Vəsaitlər mərkəzləşdirilməmiş enerji və istilik təminatına yönəldiləcək.
Kiyevə göstərilən yardıma artıq iki mobil istilik-elektrik stansiyası təqdim edilib, gələcəkdə generatorlar, qazanxanalar və akkumulyator sistemləri də göndəriləcək. Nazirliyin məlumatına görə, bu stansiyalar təxminən 86 min nəfəri, həmçinin sosial və inzibati obyektləri elektrik və istiliklə təmin edə biləcək.
15 İyul 2026
15 İyul 2026
15 İyul 2026
13 İyul 2026
14 İyul 2026
14 İyul 2026
13 İyul 2026
14 İyul 2026
14 İyul 2026