11:55 - 26.01.2026
26 yanvar, Fineko/abc.az. 2025-ci ildə Rusiyaya Çin istehsalı olan avtomobillərin idxalı 2024-cü illə müqayisədə 42,1% azalıb.
ABC.AZ xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin məlumatlarında deyilir.
Belə ki, idxal olunan avtomobillərin sayı 2024-cü ildəki 1,1 milyon ədəddən 2025-ci ildə 632,3 min ədədə düşüb.
Rusiyaya tədarük edilən Çin avtomobillərinin idxalının dəyər ifadəsində həcmi isə 44,4% azalaraq 8,5 milyard ABŞ dolları təşkil edib.
15 İyul 2026
16 İyul 2026