Berlində enerji təchizatında genişmiqyaslı nasazlıq baş verib

15:59 - 5.01.2026


5 yanvar, Fineko/abc.az. Berlinin cənub-qərbində 45 mindən çox yaşayış evi, həmçinin təxminən iki min müəssisə elektrik enerjisi və istilik təchizatından məhrum qalıb. Fasilələrin səbəbi elektrik stansiyalarından birində baş vermiş insident olub.

ABC.AZ xəbər verir ki, hüquq-mühafizə orqanları Lixterfelde rayonundakı elektrik stansiyasında qəsdən yanğın törədildiyini təsdiqləyiblər.

Hücuma görə məsuliyyəti solçu ekstremist “Vulkangruppe” qruplaşması öz üzərinə götürüb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Şəhər xidmətlərinin məlumatına görə, elektrik enerjisi və istilik təchizatının tam bərpası yanvarın 8-dən tez gözlənilmir.