10:27 - 26.12.2025
26 dekabr, Fineko/abc.az. -(özəl xəbər)- 2026-cı ildə Azərbaycanda təqribən neçə yeni iş yerinin yaradılması gözlənilir. Bu barədə rəsmi və konkret yekun proqnoz tam verilməsə də mövcud göstəricilər və hökumətin 2026-cı il üçün açıqladığı planlara əsasən gələn il xeyli iş yerinin yaradılması nəzərdə tutulur.
ABC.AZ-ın internetdə apardığı araşdırmalara görə, bir müddət əvvəl iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, gələn il təxminən 44 000 yeni iş yerinin yaradılması planlaşdırılır.
Özünüməşğulluq proqramları çərçivəsində 2026-cı ildə təxminən 8 000 nəfərin bu proqramlara cəlb olunacağı və daha 7 000 nəfərin Dünya Bankı ilə razılaşma əsasında özünüməşğulluq layihələrinə qatılacağı proqnozlaşdırılır.
Bu isə özünüməşğulluq proqramı çərçivəsində gələn il 15 000 yeni iş yeri yaradılacaq.
2026-cı ildə ümumi gözləntilər 44 000 yeni iş yerinin yaradılması istiqamətindədir.
Özünüməşğulluq çərçivəsində 15 000 nəfərin də bu proqrama cəlb edilməsini saysaq ölkə üzrə gələn il ümumi 70 000-dən çox yeni iş yeri yaradıla bilər.
Müəllif: Elmir Muradov
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
15 İyul 2026