2200 manata avtomobillər satışa çıxarıldı

12:09 - 23.12.2025


23 dekabr, Fineko/abc.az. 24 fevral 2026-cı il tarixində saat 10:00-da dövlət qurumlarının balansında olan bir sıra nəqliyyat vasitələri açıq hərraca çıxarılacaq.

ABC.AZ xəbər verir ki, hərraca çıxarılan nəqliyyat vasitələri müxtəlif dövlət qurumlarına məxsusdur və siyahıda minik avtomobilləri, yük avtomobilləri və xüsusi təyinatlı nəqliyyat vasitələri yer alır.

Start qiymətləri 2 200 manatdan başlayaraq 230 min manata qədər dəyişir.

Hərracda iştirak etmə qaydaları və nəqliyyat vasitələri haqqında məlumat əldə etmək üçün telefon: 311-01-60; (Daxili: 1758, 1709, 1706 və 1705)