10:28 - 9.10.2018
9 oktyabr, Fibeko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) tıxacların qarşısını almaq üçün daha bir yenilik tətbiq etməyi qərara aldı.
BNA-nın məlumatına görə, yenilik, intensiv hərəkətlər olan yollarda, kəsişmənin sərhədlərini nişanlayan sarı diaqonal xətlərdən ibarət parlaq torların çəkillməsi olacaq və tıxaclar olduğu hallarda torun çəkildiyi hissəyə daxil olmaq qadağan olacaq.
“Pilot layihə olaraq ilk sarı kəsişmə toru S.Vurğun və A.Bakıxanov küçələrinin kəsişməsində həyata keçiriləcək. Sonrakı mərhələdə isə sarı kəsişmə torunun şəhər mərkəzini əhatə edən, eyni zamanda tıxacların və nəqliyyat sıxlığının müşahidə edildiyi 74 yol kəsişməsində də təşkili nəzərdə tutulub”, - məlumatda belə deyilir.
15 İyul 2026
16 İyul 2026