12:32 - 4.10.2018
4 oktyabr, Fineko/abc.az. Bakıda yenə də yol-nəqliyyat hadisəsi baş verib.
Şahidlərin sözlərinə görə, hadisə Babək prospektində baş verib.
“Heydər Əliyev prospektindən Babək prospektinə hərəkət edən “KİA” markalı avtomobil, idarəetməni itirdiyinə görə, körpüdən tunelə düşüb. Sürücü yüngül xəsarət alıb”, - bunu, hadisənin şahidləri deyiblər.
Yol polisi fakt üzrə araşdırma aparır.
15 İyul 2026
16 İyul 2026