15:17 - 14.05.2025
14 may, Fineko/abc.az. 2025-ci il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1774,9 min nəfər olmuş, onlardan 880,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 894,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
ABC.AZ DSK-ya istinadən xəbər verir ki, muzdla işləyənlərin 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,6 faizi təhsil, 13,7 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi tikinti, 6,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi maliyyə və sığorta fəaliyyəti, 14,9 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
15 İyul 2026
15 İyul 2026
15 İyul 2026
13 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
13 İyul 2026