10:49 - 10.01.2025
10 yanvar, Fineko/abc.az. Çexiyada işsizlik ciddi sosial-iqtisadi problem olaraq qalmaqda davam edir.
ABC.AZ xəbər verir ki, təkcə 2024-cü ilin dekabrında işsizlik səviyyəsi 3,9 faizdən 4,1 faizə yüksəlib. İlin sonunda 306 478 nəfər iş axtaranların siyahısına düşüb. Bu, əvvəlki ayla müqayisədə təxminən 16 min nəfər çoxdur.
Eyni zamanda, işəgötürənlər tərəfindən təklif olunan vakant yerlərin sayı təxminən 9 min azalaraq 246 min 573-ə düşüb.
Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin dekabrında Çexiyada işsizlik səviyyəsi 3,7 faiz təşkil edib.
15 İyul 2026
15 İyul 2026
13 İyul 2026
14 İyul 2026
14 İyul 2026
13 İyul 2026
14 İyul 2026
14 İyul 2026