14:22 - 11.08.2018
11 avqust, Fineko/abc.az. 11 avqust 2018-ci il tarixində aramsız yağan leysan yağışlarının təsiri nəticəsində Zaqatala rayonunun ərazisindən keçən Lahıc çayı dəmir yolunun Qax-Zaqatala mənzilinin 132-ci km-də dəmir yolundan
Qeyd edək ki, Bakı-Balakən marşrutu ilə hərəkət edən 664 №-li sərnişin qatarı Qax stansiyasına qədər hərəkət etmişdir. Belə ki, Zaqatala və Balakən stansiyalarına gedən sərnişinlər Qax stansiyasından avtobuslarla mənzil başına yola salınmışlar.
Hal-hazirda təbii fəlakət yerində - dəmir yolunda bərpa işləri aparılır.
Bu gün Balakən-Bakı sərnişin qatarı Bakıya Qax stansiyasından yola salınacaqdır.
Sərnişinlərin nəzərinə çatdıraq ki, 11 avqust 2018-ci il tarixdə Bakı-Balakən sərnişin qatarı Bakıdan cədvəl üzrə yola salınacaqdır.
15 İyul 2026
16 İyul 2026