11:16 - 6.08.2018
6 avqust, Fineko/abc.az. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürücüləri xəbərdar edir.
Dövlət Agentliyinin məlumatına görə, bu gün səhər Bakı-Sumqayıt yolunda (Xırdalan dairəsinin altından keçən tuneldə) YNH baş verib.
“Qəzadan sonra sədlər tamamilə yararsız hala düşüb. Bu gün saat 11:00-dan başlayaraq təhlükəsizlik sədləri təmir ediləcək. Yolun iş gedən zolaqları həm Bakı, həm də Sumqayıt şəhəri istiqamətində tam məhdudlaşdırılacaq, digər zolaqlarda isə hərəkət davam edəcək. İşlər, təxminən, 3-4 saat müddətində yekunlaşdırılacaq”, - məlumatda belə deyilir.
17 İyul 2026
17 İyul 2026
17 İyul 2026
15 İyul 2026
16 İyul 2026