Şuşada işləmək istəyənlər mütləq oxusun - Vakansiya

10:34 - 29.04.2024


29 aprel, Fineko/abc.az. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi İT mütəxəssisi üzrə vakansiya elan edir.

ABC.AZ xəbər verir ki, son müraciət tarixi 16 may 2024-cü ildir. Maraqlananlar cv-lərini - cv@shusha.gov.az elektron ünvanına göndərə bilərlər. 

Vəzifə öhdəlikləri:

İnformasiya-kommunikasiya texnologiyalarının, o cümlədən daxili şəbəkənin işlək vəziyyətdə saxlanılması və səmərəli istifadə olunması;

Kompüterlərin, texniki avadanlıqların quraşdırılması, proqram təminatları ilə təmin edilməsi, sazlanması və texniki xidmət göstərilməsi;

Keyfiyyətli və fasiləsiz internet bağlantısının və elektron poçtların işinin təmin edilməsi;

İKT sahəsində mal-materialların alınması, işlərin və xidmətlərin alınması üçün texniki tapşırıqları yazmaq;

Müşahidə kameraları, turniket kimi avadanlıqların quraşdırılması, onlara nəzarət edilməsi, texniki xidmət göstərilməsi, əldə edilən məlumatların oxunması;

Vəzifəsinin icrası ilə əlaqədar digər tapşırıqların yerinə yetirilməsi.