10:34 - 29.04.2024
29 aprel, Fineko/abc.az. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi İT mütəxəssisi üzrə vakansiya elan edir.
ABC.AZ xəbər verir ki, son müraciət tarixi 16 may 2024-cü ildir. Maraqlananlar cv-lərini - cv@shusha.gov.az elektron ünvanına göndərə bilərlər.
Vəzifə öhdəlikləri:
İnformasiya-kommunikasiya texnologiyalarının, o cümlədən daxili şəbəkənin işlək vəziyyətdə saxlanılması və səmərəli istifadə olunması;
Kompüterlərin, texniki avadanlıqların quraşdırılması, proqram təminatları ilə təmin edilməsi, sazlanması və texniki xidmət göstərilməsi;
Keyfiyyətli və fasiləsiz internet bağlantısının və elektron poçtların işinin təmin edilməsi;
İKT sahəsində mal-materialların alınması, işlərin və xidmətlərin alınması üçün texniki tapşırıqları yazmaq;
Müşahidə kameraları, turniket kimi avadanlıqların quraşdırılması, onlara nəzarət edilməsi, texniki xidmət göstərilməsi, əldə edilən məlumatların oxunması;
Vəzifəsinin icrası ilə əlaqədar digər tapşırıqların yerinə yetirilməsi.
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026