Fransızlar elektrik, qaz və benzinə qənaət edəcək

15:37 - 15.01.2024


15 yanvar, Fineko/abc.az. Fransızların yarıdan çoxu 2024-cü ildə artan tariflər və inflyasiya fonunda elektrik istehlakını azaltmağı planlaşdırır.

ABC.AZ xəbər verir ki, onların 57%-i bu il elektrik istehlakını azaldacağını söyləyir. Fevralın 1-dən etibarən elektrik enerjisi tarifləri 10% artmalıdlr. Ev təsərrüfatlarının büdcəsi illərdir inflyasiya səbəbindən təzyiq altındadır ki, bu da bu tədbirin məcburi olduğunu göstərir.

Qeyd olunur ki, az gəlirli ev təsərrüfatları ailələr arasında elektrik istehlakını azaltmağı planlaşdıranların sayı 66%-ə çatır.

Eyni zamanda, fransızların 45%-i qaz və 49%-i benzin istehlakını azaltmağı planlaşdırır.