Lavrov: Hindistanla birgə silah istehsalında irəliləyiş var

16:03 - 27.12.2023


27 dekabr, Fineko/abc.az. Hindistan və Rusiya enerji sahəsində əməkdaşlığı genişləndirmək niyyətini təsdiqləyiblər.

ABC.AZ xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

“Rusiya və Hindistan arasında hərbi-texniki əməkdaşlıqda, o cümlədən silahların birgə istehsalında irəliləyiş var”, - Rusiya xarici işlər naziri Sergey Lavrov dekabrın 27-də Moskvadakı Hindistanlı həmkarı Subramanyam Jaishankar ilə danışıqların nəticələrinə əsasən bildirib.

Müasir silah növlərinin birgə istehsalı da daxil olmaqla hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olunub.

“Burada da müəyyən bir irəliləyiş var”, - deyə Lavrov bildirib.