Qazaxıstan Tacikistan, Əfqanıstan və Qırğızıstana humanitar yardım göstərəcək

11:55 - 27.12.2023


27 dekabr, Fineko/abc.az. 2023-cü ilin yekunlarına görə, Qazaxıstan üç ölkəyə: Tacikistan, Əfqanıstan və Qırğızıstana 310 milyon təngə (487 549 dollardan çox) humanitar yardım göstərməyi planlaşdırır.

ABC.AZ xəbər verir ki, məlumata görə, bu məqsədlər üçün xərclərin məbləği “Qazaxıstan Respublikası Hökumətinin fövqəladə ehtiyatı hesabına cari tədbirlərin keçirilməsi” büdcə proqramında əks olunub və 310 341,9 təngəyə (675,22 min dollar) bərabərdir. Verilən məlumatlara görə, bu məbləğin 77 342,8 təngəsi (168,28 min dollar) Tacikistana, 216 063 təngəsi (470,07 min dollar) Əfqanıstan, 16 936,1 təngəsi (36,85 min dollar) isə Qırğızıstana humanitar yardım üçün nəzərdə tutulub.