Ermənistan hökuməti Arazdəyəndəki zavodun yerini dəyişir

15:32 - 14.12.2023


14 dekabr, Fineko/abc.az. Arazdəyəndə inşası dayandırılan “Erməni-Amerikan” metallurgiya zavodu başqa yerə köçürüləcək.

ABC.AZ xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb. 

Bildirilib ki, amerikalı investorların vəsaiti hesabına Ermənistan-Azərbaycan sərhədinə yaxın ərazidə tikintisi dayandırılan Arazdəyən (Yerasx) metallurgiya zavodu hökumətin bu gün qəbul etdiyi qərara əsasən köçürüləcək. Zavod Vedi rayonunun kəndlərindən birinin ərazisində tikiləcək.