10:13 - 14.12.2023
14 dekabr, Fineko/abc.az. Keniya Prezidenti Uilyam Ruto ölkəsinin 2024-cü ilin yanvarından dünyanın bütün ölkələrindən gələn turistlər üçün viza rejimini ləğv etmək niyyətində olduğunu bildirib.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Onun sözlərinə görə, bu təşəbbüsü həyata keçirmək üçün Keniyaya gələn bütün səyahətçilərin əvvəlcədən müəyyənləşdirilməsini təmin etmək üçün rəqəmsal platforma hazırlanıb.
Bu o deməkdir ki, bütün turistlər ölkəyə səfər etməzdən əvvəl yalnız elektron səyahət icazəsi almalıdırlar.
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026