Polşadan olan yeddi qrup Belarusda terror hücumuna hazırlaşırlar

17:36 - 13.12.2023


13 dekabr, Fineko/abc.az. Polşadan olan “xoruqv” qruplaşması Belarus ərazisində terror aktları və obyektlərin ələ keçirilməsinə hazırlaşır.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Komitəsinin sədri İvan Tertel bildirib.

“Ən aqressiv “xoruqv”,Blostokda, Kardinal Vışinski küçəsi, 6A ünvanında məşq edir. Buna, bir vaxtlar Hərbi Akademiyada təhsil alan və xaricə qaçan 1991-ci il təvəllüdlü vətəndaşımız Əsədulayev rəhbərlik edir. O, Şlyattiç təxəllüsü altında gizlənir”, — deyə o bildirib.