Zelenski senatorlara şikayət etdi - Ukraynanın daha çox maliyyəyə ehtiyacı var

10:07 - 13.12.2023


13 dekabr, Fineko/abc.az. Ukrayna prezidenti ABŞ-da Konqres senatorları ilə görüşü zamanı qanunvericiləri inandırmağa çalışıb ki, Ukraynada korrupsiya problemi olsa da, maliyyə və hərbi yardımın göstərilməsi üçün ciddi maneə deyil.

ABC.AZ xəbər verir ki, Cənubi Dakotanın Respublikaçılar Partiyasının senatoru Mayk Raundsun sözlərinə görə, Zelensky millət vəkillərinə gileylənib ki, Kiyevin “Patriot” kimi kifayət qədər Qərb hava hücumundan müdafiə sistemi yoxdur. O bildirib ki, Ukraynanın daha çox maliyyə və hərbi yardıma ehtiyacı var.