Aİ ilə qeyri qanuni sərhəd keçidlərinin sayı maksimuma çatıb

14:09 - 12.12.2023


12 dekabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-noyabr aylarında Avropa İttifaqı ilə qeyri-leqal sərhəd keçidlərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 17% artaraq 355,3 minə çatıb. 

ABC.AZ xəbər verir ki, bu, 2016-cı ildən bəri maksimum göstəricidir.

 Daha çox qeyri qanuni sərhəd keçidləri Suriya, Qvineya və Əfqanıstan tərəfindən olub.