2024-cü ildə Türkiyənin müdafiə sənayesində ixracın yüksəlişi gözlənilir

11:09 - 11.12.2023


11 dekabr, Fineko/abc.az. Bu il yeni ixrac rekordunu qıran Türkiyə Müdafiə Sənayesi 2024-cü ildə bu göstəricini daha da artırmağa hazırlaşır.

ABC.AZ-ın verdiyi məlumata görə, Türkiyə müdafiə sənayesinin ən əhəmiyyətli təşkilatlarından biri olan Müdafiə və Aerokosmik Sənaye İstehsalçıları Birliyinin (SASAD) İdarə Heyətinin sədri Osman Okay, sektorun 2023-cü ildəki nəticələri və gələn il üçün gözləntiləri barədə açıqlamalar verib.

Türkiyənin müdafiə sənayesinin xüsusilə son illərdə böyük uğurlar qazandığını qeyd edən Okay, bu sahədə iştirak edən iştirakçıların da texnoloji imkanlarını xeyli dərəcədə artırdığını söyləyib.