Sinqapur yaşamaq üçün ən bahalı şəhərdir - Reytinq

10:53 - 11.12.2023


11 dekabr, Fineko/abc.az. Sinqapur yaşamaq üçün ən bahalı şəhəri seçilib. Bu, “The Economist” jurnalının illik “Worldwide Cost of Living Report” hesabatında təqdim olunub.

ABC.AZ xəbər verir ki, Cənub-Şərqi Asiyada yerləşən adıçəkilən şəhər doqquzuncu dəfədir ki, bu reytinqə başçılıq edir. Sinqapurdan sonra ikinci sırada İsveçrənin Sürixi şəhəri gəlir.

Növbəti yerləri İsveçrənin Cenevrə və ABŞ-nin Nyu-York şəhərləri tutub.

Siyahıda sonrakı yerləri Honq-Konq (Çin), Los-Anceles (ABŞ), Paris (Fransa), Kopenhagen (Danimarka), Təl-Əviv (İsrail) və San-Fransisko (ABŞ) tutur.

Yaşamaq üçün ən ucuz şəhər Argentinanın Buenos-Ayresi ilə sonuncu yerdə olan Hindistanın Çennay şəhərləri olub. Həmçinin, ən ucuz şəhərlər sırasında Laqos (Nigeriya), Əhmədabad (Hindistan), Lusaka (Zambiya), Tunis (Tunis), Daşkənd (Özbəkistan), Kəraçi (Pakistan), Tripoli (Liviya), Tehran (İran), Dəməşq (Suriya) də yer alıb.