10:55 - 8.12.2023
8 dekabr, Fineko/abc.az. Oktyabr ayında ABŞ Rusiyadan 43,25 ton uran idxal edib ki, bu da ötən ilin eyni dövründən üç dəfə çoxdur. Bundan əlavə, bu, 2023-cü ilin iyun ayından bəri maksimum qiymət təşkil edib.
ABC.AZ xəbər verir ki, oktyabr ayında tədarük üçün Vaşinqton 62,8 milyon dollar ödəyib.
Qeyd olunur ki, ABŞ ümumilikdə 300 milyon dollara təxminən 176 ton uran alıb.
Bu yanacağın əsas tədarükçüsü sentyabr ayında heç bir tədarük olmamasına baxmayaraq oktyabr ayında 98,3 ton tədarük edən Böyük Britaniyadır. Rusiya ikinci yeri tutur.
ABŞ - da digər ən böyük uran tədarükçüləri arasında Çin və Hollandiya var.
15 İyul 2026
16 İyul 2026