12:18 - 7.12.2023
7 dekabr, Fineko/abc.az. Türkmənistanın paytaxtında İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Türkmənistan-Türkiyə Komissiyasının 7-ci iclası keçirilib.
ABC.AZ xəbər verir ki, iclasda Türkmənistanın aparıcı nazirlik və idarələrinin rəhbərləri və Türkiyənin vitse-prezidenti Cövdət Yılmazın rəhbərlik etdiyi Türkiyə nümayəndə heyəti iştirak edib.
İclas zamanı iştirakçılar iki ölkənin iqtisadi vəziyyəti, regional və çoxtərəfli məsələlər, habelə altıncı iclasın protokolu əsasında qəbul edilmiş İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Türkmənistan-Türkiyə komissiyasının iş planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə tanış olublar.
Qarşılıqlı fəaliyyətin aktual istiqamətləri arasında hər iki dövlət üçün ticarət, iqtisadiyyat, investisiya və s. kimi mühüm sahələr müəyyən edilmişdir.
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026