14:21 - 24.11.2023
24 noyabr, Fineko/abc.az. Çin Xarici İşlər Nazirliyi altı ölkənin vətəndaşları üçün vizasız səyahət müddətinin eksperimental olaraq artırıldığını açıqlayıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, sözügedən ölkələr İtaliya, Fransa, Almaniya, Niderland, İspaniya və Malayziyadır.
Sadələşdirilmiş eksperimental rejim 2023-cü il dekabrın 1-dən 2024-cü il noyabrın 30-dək qüvvədə olacaq.
Daha əvvəl məlumat verilmişdi ki, Çinə gələn turistlərin sayı COVID-19 məhdudiyyətləri və Pekinin bununla bağlı siyasəti səbəbindən 98% azalıb.
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026