Almaniya maşın və avadanlıqları Çinə uduzur

17:04 - 23.08.2023


23 avqust, Fineko/abc.az. Almaniyada maşın və avadanlıq istehsalçılarının rəqabət qabiliyyətinin Çinin daha sərt rəqabəti qarşısında tab gətirmədiyi ortaya çıxıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu “Alman İqtisadi Tədqiqatlar İnstitutu” Almaniyanın maşın və avadanlıq istehsalçılarının rəqabət qabiliyyətinə dair “Alman Biznes Sorğusu”nda qeyd edilib. 

Sözügedən sorğuda qeyd edilib ki, bu səbədən apreldə mənfi 7,3 bal olan rəqabətqabiliyyətlilik sorğusu balı iyulda mənfi 14,3 bala düşüb.

Beləliklə, sözügedən sorğunun balı 1994-cü ilin iyulunda qeydlər aparılmağa başlayandan bəri ən aşağı səviyyəyə çatıb.