Almaniyada miqrantlarla bağlı yeni qanun - Onların miqrasiyası asanlaşdırılır

10:56 - 24.06.2023


24 iyun, Fineko/abc.az. Almaniyada miqrantlarla bağlı yeni qanun qəbul edilib. 

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Almaniyada Avropa İttifaqı xaricindən ixtisaslı işçilərin miqrasiyasını asanlaşdırmaqla ölkədəki ixtisaslı işçi çatışmazlığını aradan qaldırmağı hədəfləyən “Bacarıqlı İmmiqrasiya Qanunu” Bundestaqdan keçib.

Beləliklə, Bundestaq hökumətin Avropa İttifaqından kənardan Almaniyaya mühacirlərin gəlməsini asanlaşdırmaq üçün tədbirlər görməsinə yol açdı.

Bundestaqda 661 deputatın iştirak etdiyi səsvermədə yeni qanuna 388 “hə” və 241 “xeyr” səsi verilib. 31 deputat isə bitərəf qalıb.