Yaponiya hökuməti uşaq müavinətlərini artırır

17:23 - 14.06.2023


14 iyun, Fineko/abc.az. Yaponiyada doğum nisbətlərini artırmaq üçün hazırlanan yeni uşaq müavinəti planı açıqlanıb.

ABC.AZ xəbər verir ki, bu barədə "EuroNews" məlumat yayıb.

Bildirilib ki, Yaponiyada doğum göstəriciləri keçən il rekord həddə çataraq 1,26 faizə düşüb.

Yaponiyanın baş naziri Fumio Kişida ölkədə azalan doğum göstəriciləri ilə bağlı geniş tədbirlər planını açıqlayıb.

Nazir planın uşaqlı ailələrə daha çox ödəniş etmək və yüz minlərlə ailəni evlə təmin etmək kimi tədbirləri ehtiva etdiyini bildirib.

Nazir 2030-cu illərin əvvəlinə qədər hazırda 33,7 milyard dollar olan uşaq müavinəti xərclərini iki dəfə artırmağa ümid etdiyini söyləyib.

Onun sözlərinə görə, doğum səviyyəsinin azalması və əhalinin qocalması problemi mütləq həll edilməlidir.