12:20 - 29.06.2018
29 iyun, Fineko/abc.az. “Bakı Metropoliteni” QSC 1 iyul tarixindən sərnişin axınının azalması ilə əlaqədar yay qrafikinə keçir.
QSC-in məlumatında deyilir ki, yeni qrafikə əsasən, qatarların sayı azaldılacaq ki, bu da intervalın cüzi artırılmasına səbəb olacaq.
“İnterval 2 dəqiqə deyil, 2,5 dəqiqə olacaq. Sərnişinlərin az olduğu səhər və axşam saatlarında bu sahədə 3 dəqiqə və daha çox intervala hesablanmış hərəkət təşkil ediləcək. “28 May” stansiyasında yol, “İçərişəhər” və “Dərnəgül” istiqamətinə ayrıldığına görə, interval 6 dəqiqə və daha çox olacaq”, - məlumatda belə deyilir.
Məlumatda eyd edilir ki, yay qrafiki yeni tədris ilinin başlanmasına kimi qüvvədədir.
15 İyul 2026
16 İyul 2026