Taxıl müqaviləsinin müddəti uzadılacaq

17:06 - 17.05.2023


17 may, Fineko/abc.az. Taxıl müqaviləsinin müddəti uzadılacaq.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyə rəsmilərinə istinadən “Bloomberg” yazıb.

Agentliyin məlumatına görə, Rusiya “hələki” sazişdə iştirakını davam etdirməyə razılaşıb.

Qərarın bu gün, mayın 17-də rəsmən elan ediləcəyi gözlənilir.

Xatırladaq ki, taxıl müqaviləsinin müddəti mayın 18-də başa çatır.