11:55 - 10.05.2023
10 may, Fineko/abc.az. Mart ayında xarici vətəndaşlar Ermənistanda 137 daşınmaz əmlak alqı-satqısı həyata keçirib.
ABC.AZ xəbər verir ki, bu barədə Ermənistan Milli Statistika Komitəsinin açıqladığı məlumatda qeyd edilib. Məlumatda bildirilir ki, bunlardan 110-u Rusiya, 10-u Avropa, 6-sı ABŞ, 4-ü MDB ölkələri (Rusiya istisna olmaqla), 7 əməliyyat isə digər dövlətlərin vətəndaşları tərəfindən həyata keçirilib.
Xarici vətəndaşlar tərəfindən aparılan 137 daşınmaz əmlak alqı-satqı əməliyyatından 67-si çoxmənzilli binalarda mənzil bazarında, 31-i torpaq bazarında, 26-sı yaşayış binasında, 10-u qarajda, 2-si ictimai binalar bazarında, 1-i isə yaşayış binalarında olub.
Əcnəbilər ən çox İrəvanda (79 əməliyyat), ən azı Sünik (Zəngəzur) və Vayots Dzor bölgələrində (hər biri 1 əməliyyat) daşınmaz əmlak alıblar.
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026